Foto 09:40 10.12.2018

Xəzərdə 2 balıqçı xilas edildi (FOTOLAR)

Xəzər dənizinin cənub istiqa­mətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gə­mi­si tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında, sa­hildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə "kömək edin” işarəsini göstərmələri müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, sərhəd gözətçi gəmisi tərəfindən keçirilən xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalan "MA-10181” bort nömrəli "Yamaha - 40” mühərrikli balıqçı qayığı yedəyə alınıb və 2 nəfər balıqçı xilas edilb.

DSX-nin Sahil Mühafizəsinin hərbi qulluq­çuları tərəfindən xilas edilən şəxslərin Neftçala rayonunun sakin­ləri 1970-ci il təvəllüdlü Rüstəmov Əli Rəfayıl oğlu və 1991-ci il təvəl­lüdlü Cəfərov Elnur Eldar oğlu olmaları müəyyən edilib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!