Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb, dağlıq ərazilərə qar yağıb

Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb, dağlıq ərazilərə qar yağıb

Ekologiya və Təbii Sərətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki havanı açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, sentyabrın 21-i gündüzdən sentyabrın 22-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Dağlıq ərazilərdə qar yağıb, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib. Şimal-qərb küləyi bəzi yerlərdə 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 24-38 m/s, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda isə 20-25 m/s, bəzi yerlərdə arabir 35-38 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.6 metrə çatıb.

Yağıntı Astarada 33 mm, Lənkəranda 28 mm, Lerikdə 25 mm, Şahdağda 11 mm, Yardımlıda 9 mm, Şamaxıda 7 mm, Qusarda 5 mm, Xınalıq, Qubada 4 mm, əksər rayonlarda 0.0- 1.0 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm, Xınalıq, Qırızda 1 sm qeydə alınıb.

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, 23 -dən havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
XƏBƏRLƏR
BLOGLAR