Ölkə 16:07 24.05.2018

Xəzərdə 2 meyit olan qayıq aşkarlandı: tanınmaz hala düşüblər

Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.

APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.

FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər. Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.

Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.