Ölkə 10:08 22.07.2013

Xəzərdən meyit çıxdı


Xəzər rayonunda dənizdə batmış adam meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərə görə, iyulun 21-də Bakı şəhəri, Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 7 km məsafədə, nəzarətsiz ərazidə) batmış 1989-cu il təvəllüdlü Bəşirov İslam Şamil oğlunun axtarışları başa çatıb.

Bəşirovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdə tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Qaynar.info