Foto 18:17 29.07.2018

"Xiaomi" mebel istehsalına başlayır (FOTOLAR)

Çinin texnologiya nəhəngi "Xiaomi" hamının təəccübünə səbəb olacaq sahədə fəaliyyətə başlayacaq.

Qaynarinfo xəbər verir ki, texnologiya üzrə dünyanın ən qabaqcıl şirkətləri arasında özünə yer qazanan "Xiaomi" mebel istehsalına başlayır. Çin firması tezliklə hər kəsin seçə biləcəyi, evə və ofis üçün nəzərdə tutulan 25 növ əşyanı satışa çıxaracaq. Hər mebeli yalnız dəst şəklində yox, tək-tək sifariş etmək də mümkün olacaq. 

4416 dollar qiymət qoyulan mebel dəstlərinin satışı 7 oktyabrdan etibarən həyata keçiriləcək.

Gülşən