Siyasət 16:43 22.03.2018

XİN: "Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasətinin şahidi olur"

"Azərbaycan xalqı özünün qədim Novruz ənənələrinə sadiq qalaraq bayram etdiyi bir vaxtda Ermənistan silahlı bölmələri əsl simasını nümayiş etdirərək atəşkəs rejimini intensiv şəkildə pozmağa davam edir. Bu da Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətin tərkib hissəsidir".

Qaynarinfo xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Bütün beynəlxalq ictimaiyyət Novruzun fundamental dəyərlərini, xüsusilə də Novruzun sülhə, barışa, anlaşmaya çağırışını yüksək qiymətləndirdiyi bir şəraitdə Ermənistan yenə də öz ənənələrinə sadiq qalaraq aqressiv və təcavüzkar siyasətini yürütməkdə davam edir. Nəticədə beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar və işğalçı siyasət yürütməsinin bir daha şahidi olur” deyə XİN rəsmisi bildirib.