Siyasət 16:20 31.05.2018

XİN-dən Qarabağ açıqlaması: "Ermənistanla substantiv danışıqlara hazırıq"

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır". 

Qaynarinfo xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin açıqlamasına münasibət bildirərkən deyib:

"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır. Substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Danışıqlarla əlaqədar görüşün keçirilməsi barəsində bizə təkliflər daxil olduğu halda, kütləvi informasiya vasitələrinə bu barədə məlumat veriləcək".

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın həftələrdə görüşə biləcəyini iddia edib.