Ölkə 17:35 28.08.2013

XİN korrupsiya qalmaqalına münasibət bildirdi

“Azərbaycan Xarici İşlər Nazirliyi haqqında mətbuatda dərc olunan məqalə absurddur, reallığa zərrə qədər uyğun deyil və böhtan xarakteri daşıyır”. 

APA-nın məlumatına görə, Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuatda anonim mənbəyə istinadən XİN-də korrupsiya faktları, peşəkar kadrların olmaması barədə yazılanları belə şərh edib.

“XİN həmişə öz fəaliyyətini açıq və şəffaf şəkildə qurub və jurnalistlərə açıqdır. Nəşrin istinad etdiyi anonim mənbə nazirliyə ləkə yaxmağa çalışır. Məqalədə sadalanan detallar həqiqətə uyğun deyil. Orada sadalanan məsələlərin bir hissəsi yoxlanılıb və nəticələr göstərib ki, iddialar tamamilə əsassızdır”.

Elman Abdullayev nazirliyə işə qəbul prosesinin müəyyən kriterilər əsasında keçirildiyini deyib.

Qaynar.info