Xırdalan şəhərində yanğın olub.

Qaynarinfo Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın çoxmərtəbəli yaşayış binasında baş verib.

Nəticədə binanın şaxtasında 10 p.m elektrik naqilləri yanıb. Yanğın zamanı 30 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!