Ölkə 17:46 23.09.2019

Xırdalanın işıq probleminin səbəbi nədir? (AÇIQLAMA)

"Buna problem demək olmaz, bu, əksinə, sakinlərin payız-qış mövsümündə fasiləsiz elektrik enerjisi ilə təminatı üçündür". 

Bu sözləri Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Qaynarinfo-ya Xırdalan ərazisində tez-tez işıqların sönməsinin səbəbini açıqlarkən bildirib. 

Qurum sözcüsü qeyd edib ki, Xırdalanda yol infrastukturu yeniləndiyi üçün qazıntılar aparılır, həmçinin Quşçuluq massivində çox pis vəziyyətdə olan xəttlər var. Hazırda xəttlərin, dayaqların dəyişdirilməsi və yeni transformatorun qoyulması işləri aparılır. 

Qeyd edək ki, son zamanlar Xırdalanda işıqların tez-tez söndürülməsi sakinlər arasında narazılığıa səbəb olub və Qaynarinfo-ya çoxsaylı şikayətlər daxil olub. 

Röya Kərimli
Qaynarinfo