Dünya 13:12 16.02.2013

Xocalı səsverməsi erməniləri özündən çıxardı

Ağ Evin rəsmi internet səhifəsində Xocalı soyqırımının ABŞ tərəfindən tanınması üçün keçirilən səsvermənin 115 mini aşması erməniləri əsəbləşdirib.

Qaynar.info-nun məlumatına görə, 26 fevral ərəfəsində imzaların 100 mindən çox olması erməniləri narahat etməklə yanaşı, onları da hərəkətə keçirib. Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbəri Aram Hamparyan ötən gün prezident Barak Obamanın müşavirlərindən olan Valeri Jaretteyə məktub ünvanlayıb.

Məktubda "We The People" səhifəsində açılan petisiyanın Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən təşkil edildiyi bildirilib: "ABŞ-da yaşamayanlar Ağ Evdəki petisiyaya necə səs verə bilər? Ağ Evin petisiyasına imza atmaq üçün vətəndaşlıq, yaşamaq hüququ və digər qaydaların yerinə yetirilməsi üçün hansı vasitələr həyata keçirilir? Ağ Ev imza sistemində saxtakarlığın qarşısını almaq üçün və hökumətimizlə dialoq üçün önəmli olan bu sahəni düşmən təşkilatlar tərəfindən edilən hücumlardan qorumaq üçün hansı sistemlərdən istifadə edir?".

Məktub, "Narahatlıqlarımıza göstərdiyiniz maraq üçün təşəkkürlər" cümləsi ilə bitib.

Qaynar.info