Dünya 19:22 19.12.2013

Xodorkovski əfv olunacaq

“YUKOS”un keçmiş rəhbəri Mixail Xodorkovski əfv ərizəsi yazıb, yaxın vaxtlarda müvafiq fərman imzalanacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib. “O, humanitar xarakterli səbəblərə əsaslanır, yaxın vaxtlarda bu vəsatət təmin olunacaq”, - deyə Putin bəyan edib.   

Qaynar.info