Video 01:03 17.06.2018

Xorvatiya Nigeriyaya qalib gəldi (VİDEO)

"DÇ-2018"də növbəti oyunlar keçirilib.

Qaynarinfo xəbər verir ki, D qrupunda mabarizəyə start verilib. 

Qrupun ikinci oyununda Xorvatiya və Nigeriya üz-üzə gəlib. "Ölüm qrupu” adlandırılan D qrupundan çıxmağı hədəfləyən komandaların duelində avropalılar qələbə qazanıb - 2:0. 32-ci dəqidədə Oqenekaro Etebonun avtoqolu xorvatları sevindirib. 72-i dəqiqədə isə Luka Modriç penaltidən fəqrlənib.
 
Qeyd edək ki, qrupun ilk oyununda Argentina və İslandiya heç-heçəyə razılıaşıb.
 
DÇ-2018
I tur

D qrupu
Xorvatiya - Nigeriya 2:0
Qollar: Oqenekaro Etebo, 32 (avtoqol). Luka Modriç, 72-pen.
Xorvatiya: 23. Daniel Subaşiç, 2. Sime Vrsalko, 3, İvan Striniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 9. Andrey Kramariç (11. Marselo Brozoviç, 46), 10. Luka Modriç, 17. Mario Mandzukiç (20. Marko Pyasa, 86), 18. Ante Rebiç (8. Mateo Kovaciç, 78), 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 5. Vedran Korluka, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15, Duje Kaleta-Car, 16. Nikola Kaliniç, 19. Milan Badelj, 22. Yosip Pivariç.
Baş məşqçi: Zlatko Daliç.
Nigeriya: 23. Françis Uzoho, 2. Brian İdovu, 4. Vilfred Ndidi, 5. Uilyam Troost-Ekonq, 6. Leon Balogun, 8. Oqenekaro Etebo, 9. Odion İqhalo (14. Keleşi İheanaço, 73), 10. Con Obi Mikel (13. Simmi, 88), 11. Viktor Moses, 12. Abdullahi Şehu, 18. Aleks İvobi (7. Ahmed Musa, 60).
Ehtiyat oyunçular: 1. İkeçukvu Ezenva, 16. Daniel Akpeyi, 3. Elderson, 15. Coel Obi, 17. Oqenyi Onazi, 19. Con Ogu, 20. Çidozi Avaziem, 21. Tironne Ebuehi, 22. Kennet Omeruo.
Baş məşqçi: Gernot Rohr.
Sarı vərəqələr: İvan Rakitiç, 30. Marselo Brozoviç, 89 - Uilyam Troost-Ekonq, 70.
Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (Braziliya), Antonio Maryö Lahoz, Pau Sebrian Devis (İspaniya).
Kalininqrad, "Kalininqrad" stadionu.
 

1

Xorvatiya

1

1

0

0

2:0

3

2

İslandiya

1

0

1

0

1:1

1

3

Argentina

1

0

1

0

1:1

1

4

Nigeriya

1

0

0

1

0:2

0