Maqazin 20:55 12.05.2015

Xoşqədəm və Elgiz şok ittihamlara cavab verdi - VİDEO

Tanınmış aparıcılar Elgiz Əkbər və Xoşqədəm Hidayətqızı məbutada onlar haqqında yazılan xəbərlərə münasibət bildiriblər.

Anspress-in məlumatına görə, ANS-in efirində yayımlanan "Sən tək deyilsən" verlişinə gələn Elgiz Əkbər Xoşqədəm Hidayətqızı ilə verilişdə onlar haqqında səslənən şok ittihamlara cavab verib.

Belə ki, Xoşqədəm Hidayətqızı bildirib ki, Elgiz Əkbərlə yollarını ayırmayıb: "Elgiz peşəkar jurnalistdir. Sadəcə olaraq ilk dəfə canlı yayıma çıxırdım. Ona görə də Elgiz birinci verilişdə mənə dəstək oldu. Əsas odur ki, bu bizdə alındı. Bilirsiniz, ANS-də yaradıcı mühit hökm sürür. Burada qaydalar, televiziya maraqları əsasdır. Və biz də bu maraqlara xidmət edirik. Burada heç bir intriqadan söhbət gedə bilməz. Yaxın günlərdə Elgiz möhtəşəm layihə ilə tamaşaçıların qarşısına çıxacaq".

Elgiz Əkbər isə bildirib ki, Xoşqədəm Hidayətqızı çox peşəkar aparıcıdır və onu dəstək verməyə hazırdır.

Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində xəbər yayılmışdı ki, Elgiz Əkbər Xoşqədəm Hidayətqızı ilə birlikdə təqdim etdiyi “Sən tək deyilsən” verilişindən imtina edib.


Qaynar.info