Dünya 13:43 19.11.2017

Xristian dünyasına şok: İŞİD "Yeni İl"də Papanı öldürəcək (FOTO)

İŞİD katolik dünyasının lideri Papa Fransiski Milad və Yeni il ərəfəsində Vatikanda öldürəcəyini açıqlayıb.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, papaya qarşı təhdid mesajı İŞİD-in rəsmi saytında yayımlanıb.

"Telegram" sözügedən xəbəri İŞİD-in saytına istinadən paylaşıb. Hədələyici informasiyanın yayılmasının ardından Vatikanda təhlükəsizlik tədbirlərinin artırıldığı bildirilib.

Papanın çıxış etdiyi günlərdə İtaliyanın xüsusi xidmət orqanlarının da Müqəddəs Pyotr meydanında mühafizə tədbirlərini gücləndirdiyi qeyd edilib.

Qaynarinfo.Az