Video 23:42 10.11.2017

Yağ alanda diqqətli olun: Marketdən aldığı yağ köhnə çıxdı (VİDEO)

Gəncə sakininin marketdən Almaniya istehsalı olan aldığı kərə yağı köhnə çıxıb. 

"Qaynarinfo"nun Xəzər TV-yə istinadən məlumatına görə, alıcı yağın bir kiloqramına 20 manat ödəyib.

Reyhan Quliyeva deyir ki, eyni marketdə artıq ikinci dəfədir ki, bu cür halla üzləşir. 

İlk dəfə mağazanın əməkdaşlarına istifadə müddəti keçmiş yağlarla bağlı müraciət etsə də, bu halla yenidən qarşılaşması onu dəhşətə gətirib.

Sözügedən market alıcıdan yağı geri götürərək pulunu qaytarıb. Mağazanın sahibləri məsələyə münasibət bildirməyiblər. 

Qeyd edək ki, ümumiyyətlə, belə hallarla qarşılaşanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 012 498 15 01 və 012 498 15 04 nömrəli qaynar xətt nömrələrinə müraciət edə bilərlər.

Qaynarinfo.Az