Ölkə 13:05 23.09.2018

Yağışdan istifadə edən taksi şirkətləri: qiymətlər artırıldı

Bakıda xidmət göstərən taksi şirkətlərinin əksəriyyəti yağışın yağması ilə əlaqədar olaraq qiymətləri artırıblar.

Qaynarinfo xəbər verir ki, taksi şirkətləri adi günlərdə 1,50-2 AZN-yə getdikləri yolu artıq 2,50-3 manata aparırlar.
 
Qaynarinfo olaraq taksi şirkətlərinin hazırkı qiymətləri ilə bağlı kiçik bir araşdırma apardıq. Belə ki, adi günlərdə qiymətlər daha az olsa da müxtəlif taksi şirkətləri ilə danışıqlarda qiymətlərin nisbətən artırıldığının şahidi olduq.
 
Nərimanov metrostansiyasının yanından Atatürk prospekti 65 A.
 
*9111 Ekonom - 2,60 AZN
*3333 De Gəlsin - 2,50 AZN
*5000 Ulduz - 2,22 AZN
*9333 Bumeranq - 3 AZN
*1188 Güvən - 2,80 AZN
*8111 Bonus - 2,50 AZN
 
Çingiz Səfərli