Ölkə 14:10 17.05.2013

Yağışlar davam edəcək

Mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağan yağışın günün ikinci yarısında  tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da mayın 18-də əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. 

Aqrometeoroloji  şərhə görə isə respublika ərazisində mayın 21-dək qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Temperatur rejiminin iqlim norması daxilində olacağı gözlənilir ki, bu da kənd təsərrüfatı bitkilərinin inkişafını və boy atmasını təmin edəcək. Gözlənilən yağıntıların torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına müsbət təsiri olacaq.

Qaynar.info