Ölkə 21:35 22.02.2019

Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verildi

Bu gün Gəncə İnzibati-İqtisadi Məhkəməsi hüquqşünas Yalçın İmanovun işi üzrə yekun qərar çıxarıb. Modern.az xəbər verir ki, məhkəmə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar verib.

Qeyd edək ki, Yalçın İmanov 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olub. Kollegiyanın Rəyasət Heyəti 2017-ci il noyabrın 20-də Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət qərarı qəbul edib. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.