Dünya 20:56 12.08.2019

Yanacaq daşıyan maşın partladı, 75 nəfər öldü

Tanzaniyanın şərqində benzin daşıyan tankerin iştirak etdiyi qəzada ölənlərin sayı 75 nəfərə çatıb.

Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, benzin daşıyan maşın Moroqoro şəhərində aşandan sonra alovlanıb. Bir çox yerli sakin sızan yanacağı toplamaq istəyərkən həlak olub.

Bazar günü baş verən hadisə ilə əlaqədar Tanzaniya prezidenti Con Maqufuli ölkədə üç günlük matəm elan edib.