Dünya 18:40 26.09.2013

Yanacaq dolu qatar relsdən çıxdı: əhali təxliyyə olunur

Rusiyada Propan qazı ilə dolu 4 ədəd vaqon relsdən çıxıb.

Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə Kostrom bölgəsində, Buy dəmir yolu stansiyasından 40 km aralıda baş verib. 

100 vaqondan ibarət qatarın propanla dolu 4 vaqonu relsdən çıxıb. Onlardan biri aşıb. Sızma, hələ ki, yoxdur. Əhali təxliyyə olunur.

Qaynar.info