Ölkə 13:21 15.06.2013

Yanacaqdoldurma məntəqsində partlayış

Saatlıda maye qaz doldurma stansiyasında partlayış olub, xəsarət alan var.

Saatlı rayonunda maye qaz doldurma stansiyasında partlayış olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 12.00 radələrində Saatlı şəhəri, Mirzağa Əliyev küçəsində yerləşən may qaz doldurma stansiyasında baş verib.

Partlayış nəticəsində ətraf binalara zərər dəyib. İlkin məlumatlara görə bir nəfər xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qurumları cəlb olunub. 

Qaynar.info