Dünya 11:50 14.10.2017

Yanğından sonra Kaliforniyada «Hepatit A» dəhşəti (FOTO)

ABŞ-ın Kaliforniya ştatında ötən bazar günü şərabçılıq bölgəsində başlayan dəhşətli meşə yanğınından sonra bu dəfə "Hepatit A" epidemiyası səbəbilə fövqəladə vəziyyət elan edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya meri Cerri Braun Lon Anceles, San Dieqo və Santa Kruzda yayılan "Hepatit A" epidemiyasının qarşısını almaq məqsədilə bölgələrdə fövqəladə vəziyyət elan edib. Qərara əsasən, Kaliforniya İctimai Səhiyyə İdarəsi xəstəliyin yayıldığı ərazilərə təcili peyvənd iynələrinin təmini və paylanmasını həyata keçirəcək. İdarənin epidemologiya mütəxəssisi Qil Çavez 81 min doza peyvəndin paylandığını, lakin təminat məsələsində problemin olduğunu deyib. 

Qeyd edək ki, San Dieqoda ötən ay 16 nəfərin ölümünə səbəb olan "Hepatit A" ilə mübarizə məqsədilə 19 min nəfər peyvənd edilmiş, küçələr xlorla yuyulmuşdu.


Həm də yanğın dəhşətilə mübarizə aparan ərazidə bu səbəblə 30-dan çox insan dünyasını dəyişib, yüzlərlə şəxs isə itkin düşüb və bölgə iqtisadiyyatına milyardlarla dollar zərər dəyib. San Fransiskonun şimalında yerləşən Santa Roza qəsəbəsi tamamilə məhv olub.

Gülşən

Qaynarinfo.Az