Dünya 16:51 13.12.2013

Yanukoviç qərar verdi

Ukrayna prezidenti: “Kütləvi aksiyalarda saxlanılanların hamısı buraxılmalıdır”

Ukrayna prezidenti Viktor Yanukoviç kütləvi aksiyalar zamanı saxlanılan şəxslərin hamısına amnistiya elan olunmasını təklif edib.

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, V. Yanukoviç bunu tələbə gənclərlə görüşündə deyib. 

O bildirib ki, bu səhifəni çevirmək lazımdır: “Mən bu gün keçiriləcək dəyirmi masada təklif edəcəyəm ki, amnistiya olsun. Bu məsələni gündəmdən çıxarmaq lazımdır. Saxlanılmış insanlar buraxılmalıdır. Hətta barəsində həbs qərarı verilənləri də buraxmaq və bu münaqişəyə son qoymaq lazımdır”.

Qaynar.info