Siyasət 21:31 09.02.2013

YAP 1 milyon pulu nə edəcək?

"Azərbaycanda siyasi partiyalara dövlət maliyyəsinin ayrılması çox təqdirəlayiq haldır".

Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsünə münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, ümumiyətlə, partiyaların dövlət büdcəsindən maliyyə alması təcrübəsi başqa ölkələrdə də var. Azərbaycanın da sosial-iqtisadi imkanlarının artması siyasi partiyalara dövlət büdcəsindən yardım ayrılmasına imkan verib: “Beləcə, dövlət tərəfindən ayrılan vəsait qanunda müəyyən olunmuş qaydalar üzrə partiyanın inkişafına sərf olunacaq. Dövlətin ayırdığı yardım indiki şəraitdə siyasi partiyaların bəzi cari xərclərini ödəmək üçün də istifadə olunacaq. Bu maliyyə, partiyaların fəaliyyətinə, təşkilatlanmasına və inkişafına kömək göstərəcək. YAP ölkəmizin aparıcı partiyası kimi özünün maliyyə xərclərini ödəməyə qadirdir. Hesab edirəm ki, digər siyasi partiyalar da büdcədən ayrılan vəsaiti cəmiyyət üçün faydalı olan məsələlərə də sərf edəcəklər". /SİA/

Qeyd edək ki, dövlət büdcəsindən YAP-a 1 milyon 145 min 125 manat pul ayrılıb.

Qaynar.info