Siyasət 12:22 26.06.2013

YAP Mərkəzi Təftiş Komissiyasına sədr seçildi

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayında seçilmiş partiyanın Mərkəzi Təftiş Komissiyasının (MTK) birinci iclası keçirilib.

YAP-dan verilən məlumata görə, iclasda təşkilat məsələsinə baxılıb.

Ötən dövrdən YAP MTK –ya rəhbərlik edən Məhəmməd Məmmədov yenidən həmin vəzifəyə seçilib.

Qaynar.info