Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi hazırkı dövlət başçısı İlham Əliyev olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov məlumat verib.

Qeyd edək ki, Azərbaycanın 4-cü prezidenti olan İlham Əliyev bu posta ilk dəfə 2003-cü ildə seçilib. Dövlət başçısı 2008 və 2013-cü illərdə keçirilən seçkilərin də qalibi olub. Bu il prezident seçkilərinin oktyabr ayının 17-sində keçirilməsi nəzərə tutulub.