Dünya 17:16 23.02.2018

Yaponiya qarışdı: 2 fəal konsulluq binasına atəş açdı

2 sağçı fəal Yaponiyada Yaşayan Koreyalılar Dərnəyinin ofisinə atəş açıblar.

Qaynarinfo xəbər verir ki, hücum edən şəxslər polis tərəfindən saxlanılıb. Saxlanılanlardan birinin 46, digərinin 56 yaşı olduğu bildirilir. Onların hadisəni hansı səbəbdən törətdikləri hələlik məlum deyil.

Hücum zamanı ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, Şimali Koreya və Yaponiya arasında diplomatik münasibətlər olmadığından iki ölkə arasındakı elçilik funksiyasını Yaponiyada Yaşayan Koreyalılar Dərnəyi yerinə yetirir.