Dünya 16:15 21.09.2019

Yaponiyada qasırğa həyəcanı: 270 reys təxirə salındı

Yaponiyada Tapah qasırğası ilə əlaqədar 270 təyyarə səfəri ləğv edilib.

Qaynarinfo xəbər verir ki, qasırğa bu gün günorta saatlarında Kume adasına çatacaq. Tapahın Okinava adasına ciddi təsir göstərməsi gözlənilir. Bazar ertəsinə qədər qasırğa ölkənin böyük hissəsində müşahidə ediləcək, Kyuşu və Şikoku bölgələri daha çox zərər görəcək. 

Ölkə ərazisində əksəriyyəti Okinavada olmaqla 270 səfər ləğv edilib.

Qeyd edək ki, Yaponiya 10 gün əvvəl "Faxai" qasırğası ilə üzləşmişdi. Təbii fəlakət nəqliyyat sistemini iflic etmiş, 3 nəfər ölmüş, 61 nəfər yaralanmışdı.

Gülşən