Yaponiyanın ilk qeyri-dövlət kosmik raketi "MOMO-2" layihəsi uğursuzluqla nəticələnib.

Qaynarinfo xəbər Gizmodo-ya istinadən xəbər verir ki,"Interstellar  Technologies" şirkəti tərəfindən istehsal edilən və Hokkaydo adasından göndərilən raket saniyələr sonra yerə düşüb və böyük partlayış meydana gəlib. 10 metr uzunluq, 50 sm diametrə, 1 ton çəkiyə sahib raketin düşməsi zamanı xəsarət alan olmayıb. Problemin raketin mühərrikində yarandığı bildirilir. 

Qeyd edək ki, ötən ilin iyulunda kosmosa getməsi planlaşdırılan "MOMO-1" raketinin sınağı da uğursuzluqla nəticələnmişdi. 

"Interstellar  Technologies"nin rəhbəri Takahiro İnaqava uğursuzluğa görə üzr istəyib.

Gülşən