Video 18:00 19.06.2018

Yaponlar "DÇ-2018"ə 3 xalla başladı: ilk qırmızı vərəqə göstərildi (VİDEO)

Rusiyada keçirilən dünya çempionatı davam edir. 

Qaynarinfo xəbər verir ki, H qrupunda mübarizəyə start verilib.

Qrupun ilk oyunu Kolumbiya və Yaponiya arasında baş tutub. Yaponlar oyuna fəal başlayıb. 4-c dəqiqədə Kolumbiyadan Karlos Sançez qırmızı vərəqə alıb və penalti təyin edilib. Topa yaxınalaşan Şinji Kaqavanın zərbəsi dəqiq olub. Azlıqda qalan Kolumbiya 39-cu dəqiqədə Xuan Quynteronun qolu ilə bərabərliyi təmin edib. Xal itkisi ilə barışmayan yaponlar 73-cü dəqiqədə qələbə qolunu vurub. Bu dəfə Yuya Osako fərqlənib - 2:1.

Qeyd edək ki, qrupun ikinci oyununda Polşa və Seneqal münasibətlərinə aydınlıq gətirəcək. Bakı vaxtı ilə saat 19.00-da başlayacaq görüş Moskvadakı "Otkritie Arena"da keçiriləcək. Bununla qrup mərhələsində ilk tur başa çatacaq.
 
DÇ-2018
F qrupu
I tur

19 iyun
Kolumbiya - Yaponiya 1:2
Qollar: Xuan Quyntero, 39 - Şinji Kaqava, 6-pen. Yuya Osako, 73.
Qırmızı vərəqə: Karlos Sançez, 4.
Kolumbiya: 1. David Ospina, 3. Oskar Murillo, 4. Santyaqo Arias, 6. Karlos Sançez, 11. Xuan Kuadrado (5. Vilmar Barrios, 31), 16. Cefferson Lerma, 17. Yohan Moyika, 9. Radamel Falkao, 20. Xuan Quyntero (10. Xames Rodriges, 59), 21. Joze İzquyerdo (7. Karlos Bakka, 70), 23. Davinson Sançes.
Ehtiyat oyunçular: 12. Kamilo Varqas, 22. Joze Quadrado, 2. Kristian Zapata, 8. Abel Aquilar, 13. Yerri Mina, 14. Luis Muriel, 15. Mateus Uribe, 18. Farid Diaz, 19. Migel Borya.
Baş məşqçi: Joze Pekerman.
Yaponiya: 1. Eiyi Kavaşima, 3. Gen Şoji, 5. Yuto Naqatomo, 7. Qaku Şibasaki (16. Hotaru Yamaquçi, 80), 8. Genki Haraquçi, 10. Şinji Kaqava (4. Keysuke Honda, 70), 14. Takaşi İnui, 15. Yuya Osako (9. Şinji Okazaki, 85), 17. Makoto Hasebe, 19. Hiroki Sakai, 22. Maya Yoşida.
Ehtiyat oyunçular: 12. Masaaki Hiqaşiquçi, 23. Kosuke Nakamura, 2. Naomiçi Ueda, 6. Vataru Endo, 11. Takaşi Usami, 13. Muto Yoşinori, 18. Ryota Oşima, 20. Tomoaki Makino, 21. Qotoku Sakay.
Baş məşqçi: Akira Nişino.
Sarı vərəqələr: Vilmar Barrios, 64. Xames Rodriges, 86 - Eiyi Kavaşima, 90+4.
Baş hakim: Damir Skomina (Sloveniya).
Saransk. "Mordovia Arena".