Dünya 09:15 24.02.2018

Yardım təşkilatı ancaq almanlara kömək edəcək

Almaniyada fəaliyyət göstərən "Essener Tafel" adlı humanitar təşkilat ancaq almanlara yemək paylayacaqlarını açıqlayıb.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, təşkilat kömək üçün gələnlərin 75%-ni yeni gələn miqrantlar, xüsusilə gənc kişilər olduğunu əsas gətirərək ancaq almanlara kömək etmək qərarı verib. Almaniya vətəndaşlığı daşıyan və uzun müddət Almaniyada yaşamış digər millətin nümayəndələri təşkilat tərəfindən "Alman" kimi qəbul edilir. 

Humanitar qurumun sədri Jörg Sartor bildirir ki, alman nənənin həmişəki kimi gəlib bizdən yemək almağını istəyirik. "Essener Tafel"a müraciət edən qocaların sayı gündən-günə azalır. Yemək növbələri zamanı qadınlara, xüsusilə yaşlılara göstərilən hörmətsiz münasibət təşkilatı narahat edən məsələlərdəndir. Bu səbəbdən, yemək üçün gələnlər sənədlərini təqdim etməli olacaqlar.

Qərar bir çox humanitar qurum və şəxs tərəfindən irqçi addım adlandırılıb. 

Gülşən