Video 15:09 20.06.2018

Yasamalda güclü yanğın: polis idarəsinin arxası yandırıldı (VİDEO)

Bakı şəhər Yasamal rayonunda güclü yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə paytaxt sakinlərindən biri sosial şəbəkədə video paylaşıb.
 
Yasamal rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, 1 hektarlıq quru otlaq sahəsi yandırılıb:

"Yasamal rayon Polis İdarəsinin arxasında yerləşən 1 hektar quru ot olan sahə yandırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir".
 
Çingiz Səfərli