Foto 11:35 28.08.2018

Yaşar Cəlilovun gəlinsiz toy etməsinin səbəbi bəlli oldu (FOTOLAR)

Ötən gün müğənni Yaşar Cəlilov özünə toy edib. Ancaq toyda gəlinin olmaması diqqət çəkib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ifaçı əvvəlcədən iki toy etməyi planlaşdırıb.

Belə ki, o, qonaqları iki yerə bölüb. 27 avqust tarixində keçirilən toyda gəlin olmayıb. Sənətçinin ikinci toyu isə 31 avqust tarixində keçiriləcək. Amma bu dəfə toyda gəlin də iştirak edəcək.

Qeyd edək ki, müğənninin ayrıseçkilik etməsi bəzi sənətçilər tərəfindən yaxşı qarşılanmayıb. Müğənni Nura Suri bildirib ki, ötəngünkü toya dəvətli olsa da, qatılmayıb:

"Mən də dəvətli idim. Getməyi planlaşdırırdım. Eşidəndə ki, toyda gəlin olmayacaq, pis oldum. İnsanları bölərək, iki fərqli toya dəvət edib”.

Qeyd edək ki, Yaşar Cəlilov Nigar adlı xanımla evlənir.