Çinin Çonqçinq şəhərində 19 mərtəbəli yaşayış binasının içərisindən keçən dəmiryol xətti görənləri heyrətləndirir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən binanın 3 mərtəbəsi Lizibai stansiyasına aiddir.

Stansiya ana binadan ayrı inşa edilsə də, buradan keçən qatarların səsi bina sakinlərini narahat etməsin deyə, 6 ədəd xüsusi sütun quraşdırılıb. Həmçinin qatarların təkərləri rezindir.