Video 23:57 10.02.2018

Yaxın günlərdə pensiyalar veriləcək: 2 aylıq artımla birgə... (VİDEO)

''Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımla bir yerdə ödəniləcək''.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

Nazir bildirib ki, Statistika Komitəsinin rəsmi məlumatına görə, ötən il ölkədə əməkhaqqının orta artım tempi 5,7 % olduğundan pensiyaların sığorta hissəsi də elə bu qədər artırılacaq.

Əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə, yəni 94 faizinə şamil olunacaq. Pensiyaların ödənilməsinə isə yaxın günlərdə başlanılacaq və ödəniş növbəlilik prinsipi əsasında ediləcək.

Eyni zamanda əmək pensiyasının minimum məbləği də 5,7 faiz səviyyəsində artırılacaq. Pensiyaların artırılması üçün hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək.