Yay tətilini səfalı bölgələrimizdə keçirmək istəyənlərin əksəriyyəti bölgələrdki otellərdənsə, kirayəlik evlərda qalmağa üstünlük verirlər.

Qaynarinfo xəbər verir ki, axar.az rayonlarda və kəndlərdə kirayəlik evlərin qiymətlərini araşdırıb.

Qəbələnin Vəndam kəndində günlük evlər 70 manatdan başlayır. İsmayıllının Cülyan kəndində 50 manata, Qubanın Qəçrəş guşəsində 100 manata təklif olunur.

Zaqatalanın Car kəndində isə hətta tək adam üçün 5 manata da evlər var. Qusara getmək istəsəniz, 40-60 manata evlər tapmaq mümkündür.

Tətili daha komfort şəraiti olan evlərdə keçirmək istəyənlərə isə günlük 150-250 manat arasında evlər təklif edilir. Ancaq bu evlər daha çox villa tiplidir.

Nabranda 40-50 manata, Şəkidə 10 manata günlük evlər var.