Ölkə 10:05 05.02.2013

Yazıçı-jurnalist Zakir Sadatlı vəfat etdi

Azəbaycan jurnalistikasına ağır itki üz verib.

Tanınmış telejurnalist Zakir Sadatlı bir neçə saat əvvəl dünyasını dəyişib. O, xərçəng xəstəliyindən bir neçə müddətdir əziyyət çəkirdi. Mərhum doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılacaq. Hazırda dostları Z.Sadatlının Bakıda Qara Qarayevdəki evinə axışır.

Qeyd edək ki, fevralın 2-də Zakir Sadatlı qızına toy edib. Bu yaxınlarda isə yazıçının Əfqanıstanda 2 il ərzində gördüklərindən bəhs edən“Əfqanıstan uçurumu” adlı kitabı çapdan çıxıb. Yaxın günlərdə kitabın təqdimatl keçiriləcəkdi.

“Qafqazinfo”nun kollektivi jurnalistin vəfatı ilə əlaqədar yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin.

Qafqazinfo