Sənət 22:41 05.07.2014

Yazıçı Varisə qarşı ŞOK ŞANTAJ

Yazıçı Varisin KİV-ə, eləcə də "Facebook" sosial şəbəkəsi istifadəçilərinə müraciəti.

Tanınmış yazıçı Varisin "Facebook" hesabı haker hücumuna məruz qalıb. Daha sonra hakerlər yazıçını şantaj ediblər.

"Əziz dostlar. Son vaxtlar ölkəmizdə kibercinayətkarlıq hallarına ara-sıra rast gəlinir. Belə cinayətlə bu günlərdə biz də üzləşmişik. Belə ki, bir müddət öncə yazıçılıq fəaliyyətimi işıqlandırmaq üçün nəzərdə tutulmuş tanıtım və profil səhifələrinin şifrəsini yararaq onları ələ keçirən xaker səhifələri işlədən köməkçilərimdən biri ilə ünsiyyət qurub 1000 manat müqabilində səhifələri geri qaytarmağı təklifi etmişdir. 

Xaker  "Rövşən Cavadov",  "Bozqurd Millətçi",  "Danışan şəkillər", "Fırtına fan klubu" kimi profillərə və səhifələrə soxularaq həmin profil və səhifələrdən çat vasitəsilə yazmaqla köməkçimdən israrla pul tələb etmişdir. Bununla razılaşılmadığını görəndə isə profil səhifəsinin inbox hissəsində photoshop proqramında hazırlanan əsasən əxlaqsızlıqdan ibarət bir neçə profil yazışması qoyaraq səhifləri geri qaytarmışdır və bu dəfə  həmin yazışmaları mətbuata ötürəcəyi, sosial şəbəkədə paylayaşacağı hədə-qorxusu ilə pul tələb etməyə başlamışdır.

Məsələ dərhal kibercinayətlə mübarizə aparan xüsusi orqanların diqqətinə çatdırılmışdır. Hazırda bu insanın aşkar edilərək zərərsizləşdirilməsi üzrə fəaliyyət aparılır".

Qaynar.info