Sənət 22:52 30.05.2014

Yazıçılar Birliyi qurultaya hazırlaşır: 60 bilet alınıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayına hazırlıqla bağlı bir çox texniki məsələlər öz həllini tapıb.

Bu barədə məlumatı AzNews.az-a Azərbaycanın xalq şairi, Yazıçılar Birliyinin katibi Fikrət Qoca verib.

O deyib ki, qurultaya 25 ölkədən ümumilikdə 60-dan yuxarı nümayəndə dəvət olunub: “Artıq qonaqların Azərbaycana gəlməsi üçün zəruri işlər görülüb. Onların təyyarə biletləri alınıb. Bundan başqa ittifaqın hər 10 üzvünün biri qurultaya nümayəndə seçilib”.

“Yazıçılar Birliyinin sədr postuna iddialı olan namizədlərin adı bəllidirmi?” sualını cavablandıran F. Qoca bildirib ki, namizədlər qurultayın gedişində məlum olacaq. Bu artıq qurultay nümayəndələrinin işidir.

Xatırladaq ki, Yazıçılar Birliyinin qurultayı iyunun 17-də Gənc Tamaşaçılar Teatrında keçiriləcək.


Qaynar.info