Sənət 12:36 17.06.2014

Yazıçılar Birliyinin 12-ci qurultayı keçirilir

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 12-ci qurultayı başlayıb.

APA-nın məlumatına görə, qurultayda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, məşhur qazax yazıçısı Oljas Süleymenov, dövlət müşaviri, yazıçı Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Fikrət Qoca, Sabir Rüstəmxanlı və başqaları iştirak edir.

 AYB sədri, xalq yazıçısı Anar bildirib ki, qurultay nümayəndəsi seçilən 439 nəfərdən 364 nəfəri qeydiyyatdan keçərək qurultayda iştirak edir. Qurultayın gedişində dünyasını dəyişən yazıçıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.