Video 16:44 23.01.2020

Yekaterinburqda fillər sirkdən qaçdı, küçəyə çıxdı (VİDEO)

Yekaterinburqda iki fil sirkdən qaçıb.

Qaynarinfo xəbər verir ki, onları küçədə görən şahidlərdən biri 8 Mart küçəsində filləri videoya çəkib. Videoda görününür ki, fil qarlı bir küçədən keçir, təlimçisi isə onu dayandırmağa çalışır. Daha sonra küçədə iki filin olduğu görünüb.

Yekaterinburq sirkinin saytında əvvəlcə fillərin qaçmadığını, ancaq proqramın sona çatdığını, heyvanların başqa bir şəhərə aparıldığı bildirilib. Daha sonra, sirk fillərin qaçdığını etiraf edib.

Fillərin tutularaq yenidən sirkə aparıldığı deyilir.