Xəbər lenti

Foto 16:35 23.01.2020

Yelena Eyvazlı: “Bu, qərargah deyil, məni dəstəkləyən hər kəsin evinə çevriləcək bir məkandır" (FOTOLAR)

 
Fevralın 9-da keçiriləcək parlament seçkilərində deputatlığa namizəd tanınmış jurnalist Yelena Eyvazlı ilə şəxsən tanış olmaq və seçki platforması ilə maraqlanmaq istəyənlərin işi asanlaşıb. Belə ki, 73 saylı Lənkəran şəhər Seçki dairəsindən namizədliyini irəli sürmüş xanım Eyvazlı fəaliyyət planına əsasən bu gündən etibarən seçicilərin Seçki Qərargahında qəbuluna başlayır. 

"Fəaliyyət planınımıza əsasən, bu gündən etibarən sevə-sevə yaratdığımız qərargahımız seçicilərimin ixtiyarındadır. Bu, qərargah deyil, məni dəstəkləyən hər kəsin evinə çevriləcək bir məkandır. Lənkəran şəhəri, Şilavar, Digah, Ürgə (Marso), Sitamurdov və Göyşaban kəndlərində qeydiyyatda olanlar buyura bilərlər", deyə Eyvazlı sosial şəbəkə hesablarındakı açıqlamasında bildirib.

"GƏLƏCƏYİ SƏSlə” şüarı ilə seçkilərə qatılan gənc namizədin platformasında Lənkəranın inkişafı, vətəndaşların maraqlarının qorunması, gənclər və yeniyetmələr üçün yeni imkanların yaradılması, o cümlədən insanların rifah halının yüksəldilməsi istiqamətində təşəbbüslərə dair bir çox məsələlər əksini tapıb:  

* Tamamilə fərqli, qayğı üzərində qurulacaq deputat-seçici münasibətlərini yaratmaq 

* Səsinizi parlamentə çatdırmaq

* Problemlərinizin həlli üçün yollar axtarmaq

* Sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün tədbirlər görmək

* İşlə bağlı yeni imkanların yaradılmasına təkan vermək

* Yerli əməyin ixracı ilə bağlı layihələr işləmək

* Regionlarda gənclərin məşğulluğunun artırılmasına dəstək vermək 

* Gənclərin müasir çağırışlara uyğunlaşan inkişafını təmin etmək

* Lənkərana ictimai diqqətin artırılması üçün sistematik tədbirlər görmək

* Lənkəranlıların keyfiyyətli dövlət xidmətlərinə daha rahat çıxışına şəraitin yaradılmasına nail olmaqdır

Qeyd edək ki, Yelena Eyvazlı Nizami küçəsində (Mərkəzi xaəstəxanasının yanı) yerləşən seçki qərargahında hər gün səhər saat 10:00-13:00 (xanımlar) və 18:00-20:00-da (bəyləri) seçiciləri qəbul edir. Əvvəlcədən razılaşdırılmış görüşlər fərdi tənzimlənir. Qalan vaxtlarda isə gənc namizəd seçki dairəsinin ərazisində olan şəhər və kəndləri gəzərək, yerlərdə seçiciləri ilə görüşlər keçirdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->