Dünya 10:31 20.11.2017

Yemək üstündə izdiham: 15 ölü

Mərakeşdə insanlara edilən qida yardımı zamanı faciə baş verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Suveyraya bağlı olan Sidi Əbu Əl Ələm vilayətində yerli qurumlardan birinin təşkil etdiyi humanitar yardım zamanı baş verən izdihamda 15 qadın dünyasını dəyişib, 5 nəfər isə yaralanıb. 

Mərakeş xarici işlər nazirliyinin açıqlamasında bildirilir ki, zərərçənlərə lazımi köməkliklər göstəriləcək.

Gülşən
Qaynarinfo.Az