Sağlamlıq 21:42 16.10.2017

Yeməkdən sonra pendir yemək vacibdir...

Pendir yeməyi hər birimiz xoşlayırıq. Xüsusilə səhər yeməyində bütün süfrələrdə pendir olur. Pendir növləri günün ən əhəmiyyətli yeməyi olan səhər yeməyinin vacib qidasıdır.

Pendir bir qida kimi sevilərək yeyilməklə yanaşı onun bilmədiyimiz faydalı xüsusiyyətləri də olduqca çoxdur.

"Qaynarinfo" xəbər verir ki, pendirin tərkibində yüksək miqdarda kalsium və fosfor var. Kalsium və fosfor sümük sağlamlığı, sinir və əzələ fəaliyyətləri, böyrək funksiyası üçün lazımlı minerallarla zəngindir. Pendir artıq səhər yeməyi üçün bir vəsait olmaqla yanaşı, ana yeməklərə də daxil olub. Belə ki, mütəxəssislər yeməklərin sonunda da pendir yeməyi tövsiyə edirlər.

Pendirdən mütəmadi istifadə etmək dişlərdə çürüməyə səbəb olan bakteriyaları azaldır. Pendir həm də ağzın içini rahatlaşdırır, dişlərə kalsium dəstəyi verir, mədəni və həzm sistemini yaxşılaşdırır.

Pendir ağızdan mədəyə qədər olan bütün həzm sistemində turş mühiti neytrallaşdıraraq qoruyur. Xüsusilə şirniyyatla bitən yeməklərdən sonra yeyilən pendir şəkərin mənfi təsirini aradan qaldırır. Odur ki, yeməkdən sonra pendir yeməyi unutmayın. 

Nərmin

Qaynarinfo.Az