Dünya 17:14 19.06.2018

Yəməndə qarşıdurma davam edir: Husilər hava limanını itirdi

Yəməndə hökümət qüvvələrinin Husilərə qarşı başladığı əməliyyatlar davam edir.

Qaynarinfo xəbər verir ki, ötən günlərdə başlayan əməliyyat çərçivəsində Hudayda hava limanı Husilərdən alınıb. Husi nümayəndəsi Məhəmməd Əl Behiti isə hava limanı ətrafında döyüşlərin davam etdiyini bildirib.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri vətəndaş müharibəsi hökm sürür. Hökümət qüvvələrinə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri, Husilərə isə İran dəstək verir.

Gülşən