Ekonomiks 11:35 08.10.2013

Yeni 100 DOLLARLIQ əskinas dövriyyədə


Yenilənən 100 dollarlıq əskinaslar ABŞ-da dövriyyəyə buraxılıb.


Yeni əskinasın saxtalaşdırılmadan qorunması üçün yeni texnoloji imkanlardan istifadə edilib. Lent.Az-ın məlumatına görə, «100»-ün iri rəqəmlə yazılması, göy rəngli «3D» zolağı və «azadlıq zənginin» rənginin dəyişən bənövşəyi boya bu yeniliklərdən sayılır. ABŞ-ın əsasını qoyanlardan biri, Bencamin Franklinin portreti dəyişməz olaraq, qalıb. İndiki 100 dollarlıq əskinas 1990-96-çı illərdə buraxılıb.

Mütəxssislərin qənaətincə, onların 3-də ikisi ABŞ-dan xaricdə dövriyyədədir.

Qaynar.info