Foto 15:48 13.04.2018

"Yeni Gelin"in aktrisasının nikah şahidi Aleks de Souza olacaq (FOTOLAR)

"Yeni gelin" serialında canlandırdığı "Bella" obrazı ilə izləyənlərin sevgisini qazanmış braziliyalı aktrisa Cessika Mey fotoqraf sevgilisi Hüseyn Kara ilə ailə həyatı qurmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, cütlüyün nikah mərasimi iyunun 30-da Braziliyada baş tutacaq. Meyin nikah şahidi "Fənərbaxça" klubunun əfsanə oyunçusu Aleks de Souza olacaq.

Ötən həftə həmyerlisini ziyarət etmək üçün İstanbula gələn Aleks Cessika ilə toyun təfərrüatlarını danışıb. Ailə arasında baş tutacaq yığcam nikah mərasimindən sonra cütlük Türkiyənin Karaköy səmtindəki məkanların birində dostları ilə birgə bunu qeyd edəcək.