Xəbər lenti

Sağlamlıq 23:12 26.04.2024

Yeni hava dezinfeksiya texnologiyası dünyanı yeni pandemiyadan qoruya bilər

Yeni hava dezinfeksiya texnologiyası daha bir pandemiyanın qarşısını ala bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyəti (ESCMID) məlumat yayıb.

Ultrabənövşəyi işığın antibakterial və antiviral fəaliyyəti 1940-cı illərdən məlumdur. Xəstəxanalarda geniş istifadə olunur, lakin dezinfeksiya yalnız otaqda insanlar olmadıqda mümkündür: ultrabənövşəyi radiasiya gözlər və dəri üçün təhlükəlidir.

Otaq dezinfeksiyasına yeni yanaşma "FAR UV-C” adlanır. Alimlər 222 nm dalğa uzunluğuna malik radiasiyadan istifadə etməyi təklif edib (adətən dalğa uzunluğu 254 nm olan işıqdan istifadə olunurdu). Bu şüalanma dəriyə, gözlərə və toxumalara zərər vermir.

Tədqiqatlar göstərib ki, FAR UV-C qrip viruslarını, SARS-COV-2-ni tez və effektiv şəkildə təsirsiz hala gətirə və bakteriyaları öldürə bilər. Bu vəziyyətdə patogenlər vaksinlər və dərmanlarla olduğu kimi radiasiyaya qarşı müqavimət göstərə bilməzlər.

Həqiqi otaqda aparılan əlavə sınaqlar göstərib ki, FAR UV-C havadakı virus hissəciklərinin sayını 99%-dən çox azaldır. Bu o deməkdir ki, yeni texnologiya adi hava filtrasiyası və ventilyasiya sistemlərindən qat-qat səmərəlidir.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->