Ölkə 14:55 11.10.2013

Yeni ictimai qurum yarandı: HAQ

Azərbaycanda yeni ictimai qurum yaradılıb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə “Hüquq Araşdırmalar Qurumu” İctimai Birliyi (HAQ) adlandırılan qurum vətəndaşlara üzləşdikləri sosial problemlərlə bağlı hüquqi yardım göstərəcək.

 HAQ-dan verilən məlumatda o da bildirilir ki, quruma müraciət etmək könüllüdür və vətəndaşlar problemlərin həll olunmasında qurumla sərbəst əməkdaşlıq edə bilərlər: "Bu gündən etibarən “Hüquq Araşdırmalar Qurumu” İctimai Birliyi (HAQ) adlı yeni təşkilat fəaliyyətə başlayır. Qurumun məqsədi Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüquq və azadlıqların ictimai müdafiəsini həyata keçirmək, bu hüquq və azadlıqlara Azərbaycan Respublikasında yanaşma mədəniyyətinin yüksəldilməsinə nail olmaq, onların pozuntusunun qarşısını almaq üçün səylər göstərmək, cəmiyyətdə hüquq və azadlıqlara hörmət hissini aşılamaq, maarifləndirmə, həmçinin monitorinq aparmaqdır".

Quruma hər bir vətəndaşın üzv olmasında da problemin olmadığı vurğulanır.

Qaynar.info